Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiyası nə qədər lazımdırsa o qədər çəkəcək.

Bunu “Dagens Nyheter” qəzetinə müsahibəsində Türkiyə prezidentinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib.

“Bu, nə qədər lazımdırsa, o qədər vaxt aparacaq. Xatırladım ki, Yunanıstan Şimali Makedoniyanın NATO-ya daxil olmasına çox cüzi bir səbəbdən - ölkənin adına görə veto qoymuşdu və bu, on illərlə davam etdi. Makedoniya NATO-ya üzv olmaq üçün adını dəyişməli olub. Türkiyənin narahatlığı daha ciddidir: söhbət minlərlə günahsız insanın ölümünə səbəb olan terror aktlarından gedir”.

.