BMT-nin Əfqanıstandakı missiyasının mandatı yenilənməlidir.

Rusiya mətbuatı xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.

"Mövcud mandatın uzadılması bizə vaxt verəcək və yenisini hazırlamaq imkanı verəcək. Bu, indiki mandatdan fərqlənəcək", - Quterreş bildirib.

Quterreş Əfqanıstana humanitar dəstəyi davam etdirmək üçün "Taliban"la dialoqun vacibliyini vurğulayıb:

"Taliban"la dialoq tamamilə zəruridir. Qarşılıqlı əlaqə lazımdır, amma prioritetimiz humanitar dəstəkdir".

.