"Şimal axını-2" qaz kəmərinin operatoru olan "Nord Stream 2 AG" şirkəti kəmərin qalan hissəsinin tikintisinə bu ilin dekabrın 5-də başlaya bilər.

TASS verdiyi məlumata görə, tikinti çərçivəsində ilin sonunadək Almaniyanın müstəsna iqtisadi zonasında işlər başa çatdırıla bilər.

"Bu mərhələdə plan Almaniyanın müstəsna iqtisadi zonasındakı qaz kəmərinin hər bir qollunda 2,6 km-lik bir hissənin tikintisindən ibarətdir", - məlumatda deyilir.

Bu arada şirkətdə işlərin vaxtının hava şəraiti də daxil olmaqla bir sıra amillərdən asılı olduğunu əsas gətirərək "Şimal axını-2" kəmərinin inşası üzrə işlərin bərpa olunma tarixini təsdiqləməyiblər.

"Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.

.