İspaniyanın "Real Madrid" klubu İtaliya "Yuventus"unun futbolçusu Paulo Dibala ilə maraqlanır. 

"Sport Mediaset" nəşri xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı hücumçu üçün yarımmüdafiəçilər Toni Kross və İskonu təklif etməyə hazırdır. 

Lakin İtaliya çempionu Dibaladan imtina etmək niyyətində deyil. 

Qeyd edək ki, Paulo Dibala ötən mövsüm bütün turnirlər daxil olmaqla 46 matçda meydanda olub. Argentinalı oyunçu 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 

.