"Moody's Investors Service" ("Moody's") şirkəti Azərbaycanın emitentin və üstün hüquqa malik borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib.

"Moody's" ölkənin sözügedən reytinqlər üzrə proqnozunu "stabil"dən "müsbətə" yüksəldib. "Müsbət" proqnoz şirkətin ölkədə idarəetmənin və xüsusilə siyasət effektivliyinin artması üzrə yeni qiymətləndirməsini əks etdirir və bunun dövlətin kredit profilinin dayanıqlığını artıra biləcəyin istisna etmir.

"Xüsusilə, monetar və makro siyasət çərçivəsindəki irəliləyiş xarici sektorun və şoklarla qarşı-qarşıya qalıb bank sektorunun sabitliyi təmin edə bilər. Eyni zamanda, böyük maliyyə buferlərinin effektiv istifadəsi dövriyyə xərclərinin qarşısını almağa və büdcə və dövlət borcu üzrə göstəricilərinin pisləşməsini məhdudlaşdırmağa kömək edəcək", - şirkətin məlumatında deyilir

Sözügedən reytinqlərin "Ba2" səviyyəsində təsdiqi isə, ölkənin güclü xalis kreditor mövqeyini dəstəkləyən kredit göstəricilərini balanslaşdırır. Bu ölkənin maliyyə gücünü dəstəkləyir və dövlətin likvidliyini və xarici şoklara həssaslıq risklərini və nisbi daxili riskləri azaldır. Bundan əlavə, siyasi sabitlik neft və qaz layihələrinin həyata keçirilməsinə şərait yaratsa da, iqtisadi şaxələndirmənin üçün məhdud perspektivlər, uzun müddət davam edən institusional və idarəetmənin zəif cəhətləri hələ də mövcuddur.

Qeyd edilir ki, Azərbaycanın yerli və xarici valyuta ölkə tavanı müvafiq olaraq "Baa3" və "Ba2" səviyyəsində qalır.

.