Ukraynaya hər hansı silah tədarükü hərbi münaqişədə birbaşa iştirak deməkdir ki, biz buna yol verə bilmərik.

Bunu Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinisə cavabında deyib.

O, Ukraynanın hökumət nümayəndələrinin Gürcüstanla bağlı çağırışlarının təəssüf doğurduğunu qeyd edib:

“İkinci cəbhə ilə bağlı çağırışlar dayanmır. Bunu bəzən birbaşa, bəzən isə dolayı yollarla edirlər. Təbii ki, Ukraynanı istənilən silahla təmin etmək hərbi münaqişədə birbaşa iştirak deməkdir, biz buna yol verə bilmərik. Ukrayna hökumətinin nümayəndələrinin praktiki olaraq açıq formada belə çağırışlar etməsi çox təəssüf doğurur. Təbii ki, bu ciddi problemdir”.

Qeyd edək ki, Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebinis Gürcüstanın Ukraynaya silah və hərbi texnika tədarük edən tərəfdaşlar siyahsına qoşulacağına ümid etdiyini bildirib.

.