Koronavirusun "delta" ştammının yayılması ilə mübarizə üçün yeni vaksinlər tələb oluna bilər.

Bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, bir qrup britaniyalı alimin keçirdiyi tədqiqatlar nəticəsində mövcud vaksinlərin bu ştammla yoluxmaya qarşı səmərəliliyi 49 faizədək, simptomların inkişafına qarşı isə 59 faizədək azalıb.

Mütəxəssislər hesab edir ki, vaksinlərin virusun mutasiyalarına qarşı effektivliyi azaldığına görə, "delta" variantı üçün yeni preparatların hazırlanması məqsədəuyğundur.

Tədqiqatlarda 98 min nəfər iştirak edib.

.