"Report" Rusiyanın Azərbaycandakı səfirliyinin "ABŞ səfiri E.Litsenberger nəyin üstündən sükutla keçir?" adlı məqaləsini təqdim edir:  

"Bu il iyunun 3-də Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı ABŞ səfiri E.Litsenbergerin Rusiyanın özünə və bu azmış kimi, onun rəhbərliyinə qarşı həmlələrlə dolu məqaləsi və sonrakı brifinqi amerika diplomatiyasının təkcə ədəb və ərkanın deyil, həm də peşəkarlığın itirilməsinin növbəti kədərli təsdiqi oldu. Aydındır ki, onu Bakıdan geri çağırırlar və o, buradakı vəzifəsini tərk etməyə hazırlaşır. Vidalaşmaq üçün Amerika-Azərbaycan əməkdaşlığının nailiyyətləri ilə bölüşmək yaxşı olardı, ancaq yox. Görünür ki, bu mövzuda danışılacaq bir şey yoxdur. Odur ki, E.Litsenberger sonda heç olmasa anti-Rusiya tabliğatı sahəsində “qabağa getmək” qərarına gəldi. Heç şübhəsiz, Vaşinqtonda onu qiymətləndirəcəklər: hazırda rusofobiya Amerikada yüksək dəyərləndirilir. Neynəyək, bəzi şeyləri söyləməklə cavab verməli olacağıq.

Kiyevdə 2014-cü ildə dövlət çevrilişi təşkil etmiş bir ölkənin nümayəndəsindən mənəviyyatlandırıcı nöqteyi-nəzərdən mülahizələri eşitmək bir qədər qəribə gəlir. Ya da, onun fikrincə, hakimiyyətə yiyələnmiş Kiyev xuntası Odessada 2014-cü ildə insanları diri halda yandıranda düz edirdi? Bəlkə E.Litsenberger 8 il ərzində on minlərlə sakinin və yüzlərlə uşağın öldürülməsi ilə nəticələnmiş Donbasın rus əhalisinin planlı surətdə həyata keçirilən soyqırımını ədalətli sayır? Bu gün də ukraynalı nasistlər ağır silahların bütün növlərindən, “o cümlədən “Toçka-U” raketləri ilə, onlardan azad edilmiş rayonlara şiddətli zərbələr endirir, Donetsk şəhərinin özünü dağıtmağa çalışırlar. Mülki infrastrukturun bir çox obyekti, o cümlədən xəstəxanalar, məktəb və uşaq bağçaları ukraynalı hərbçilər tərəfindən dayaq nöqtələri və döyüş sürsatı anbarları qismində istifadə olunur ki, nəticədə həmin obyektlərdə böyük zədələnmələr baş verib. Döyüşlərin aparılmasının belə bir qeyri-insani metodu İŞİD tərəfindən Suriyada tətbiq edilən taktika ilə müqayisə oluna bilər. Donbas azad edildikcə mülki əhaliyə qarşı banderovçular tərəfindən törədilmiş cinayətlərin, o cümlədən güllələnmələrin, işgəncələrin və zorlanmaların şahidlərinin sayı artır. Banderovçular qaçaraq özlərindən sonra ancaq yandırılmış torpaq qoyur, çünki yaxşı bilirlər ki, bu torpaq onların deyil, onlar burada yaddırlar.

Buçedəki faciəni xatırladan E.Litsenberger deməyə yaddan çıxarıb ki, bu hadisə Qərbin nəzarətində olan informasiya agentliklərinin televiziya səhnəsi üçün qurulmuşdur. “Güllələnmiş” vətəndaşlar, aydın olduğu kimi, Ukrayna ordusu tərəfindən, o cümlədən Donbasın mülki əhalisinə qarşı tətbiq edilən reaktiv mərmilərin zədələyici elementləri qismində istifadə olunan metal mızraqlardan həlak olublar.

Milliyyətçi “Azov” batalyonu Mariupolun bütün mülki əhalisini girov saxlayırdı. Kiyedən gəlmiş əmrə uyğun olaraq, şəhər əhalisinə Rusiya istiqamətində humanitar dəhlizlərlə təxliyə olunmaq qadağan edilmişdi. Əsir düşdükdən sonra ABŞ səfirinin bu qədər güclü dəstəklədiyi azov döyüşçülərinin əksəriyyətində şeytani və nasist simvolikası, o cümlədən ağ irqin üstünlüyünün rəmzi olan “qara günəş” aşkar edilmişdir. Bu ilin may ayında bir neçə afroamerikalını güllələmiş Buffalodan olan atıcı da məhz belə sivmoldan istifadə edirdi.

Ola bilsin səfir üçün bu artıq maraqlı deyil, yaxud o, nasistlərin və bu ideologiyanın çağdaş daşıyıcılarının kim olduğunu unudub. Axı Ukraynanı rusofob bir dövlətə çevirmək istəyində Ağ ev faşizm kollaborasionisti Stepan Banderanın ardıcıllarına söykənməkdən utanmırdı. Amerika vergi ödəyicilərindən səxavətli vəsaitlər almaqla və Viktoriya Nulandın peçenyelərindən dadmaqla onlar 2014-cü ildəki “maydan” dövlət çevrilişinin və sonrakı qanlı hərbi avantürlərin təşkilində taran rolunu oynadılar. Necə deyərlər – “özləri bəslədilər”: ABŞ KİV-lərinin məlumatlarına görə, hazırda artıq FTB amerika noenasistlərin öz vətənində hərbi təcrübəni tətbiq etmək məqsədilə Ukraynada əcnəbi muzdlular sıralarında belə təcrübənin toplanması ilə bağlı narahatlıq keçirir. Amerika siyasətinin və diplomatiyasının patriarxı Henri Kissinceri isə kiyevli banderovçular özlərinin qalmaqallı “Sülhməramlı” saytında Ukraynanın qeyri-dost olanların bazasına daxil etmiş və onun şəxsi məlumatlarını dərc etmişlər.

Hazırda Ukraynada baş verənlərin hamısı ABŞ siyasətinin birbaşa nəticəsidir. Sıravi ukraynalıların taleyi ABŞ-ı hər şeydən daha az maraqlandırır. Asılılığa düşmüş bu ölkə və onun sakinləri Vaşinqtona sadəcə Rusiya ilə qarşıdurmada bir əməliyyat meydanı kimi lazımdır.

Amerikanın bir neçə hədəfini görmək mümkündür.

Başlıcası - Moskvanı zəiflətmək və NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırmaq.

Digəri - Ukrayna ərazisindən bioloji silahın yaradılması üçün istifadə etmək. Yada salaq: 2014-cü ilin yanvarında Ukraynanın Ali Radasına ölkədə xarici dövlətlər tərəfindən 3-4 ən ali səviyyəli virus-bioloji laboratoriyaların yerləşdirilməsini yasaqlayan qanun layihəsi çıxarılmışdır. Həmən bundan sonra “maydan” nəticəsində dövlət çevrilişi baş vermiş, sənəd parlamentdən geri çağrılmış, Kiyevin yeni rejimi biotəhlükəsizlik və biomüdafiə üzrə dövlət proqramının fəaliyyətini dayandırmış və ölkədə Pentaqon tərəfindən maliyyələşdirilən biolaboratoriyaların sayı yağışdan sonra göbələk kimi sürətlə artmağa başlamışdı. Yeri gəlmişkən, bir çox digər sferalarda olduğu kimi, bu sahədə də ABŞ-ın Ukraynadakı geosiyasi vəzifələri amerikalı elitalarının kommersiya maraqları ilə üst-üstə düşür. Baydenlər klanı (ABŞ-ın hazırkı Prezidenti və onun oğlu Hanter) öz nəzarətində olan “Metabiota” və “Black and Veath” şirkətlərinin Ukraynada hərbi biolaboratoriyaların yaradılmasındakı iştirakından heç də pis olmayan gəlirlər əldə etmişdir. Amerikalı alimlər Merefe şəhərindəki (Xarkov vilayəti) ruhi xəstəxananın pasiyentləri üzərində sınaqlar aparırdı. Ukrayna vətəndaşları bioloji silahların komponentlərinin sınaqdan keçirilməsi üçün “üzərində təcrübələr aparılan dovşanlar” qismində istifadə olunurdu. Bütün bu məlumatlar Rusiya tərəfindən sənədləşdirilmiş və BMT-yə göndərilmişdir.

Nəhayət, özünün hərbi-sənaye kompleksini “yemləmək” məqsədi də var, həmin kompleks üçün hazırkı Ukrayna böhranı – köhnəlmiş silahları sildirməyə və dövlət büdcəsindən mükafatlar almağa imkan verən bir “klondayk”dır. Axı Vaşinqtonda belə məşhur xeyriyyəçilər oturub. İlk öncə silahın satılmasının bürokratik prosesini sadələşdirən “Ukraynada demokratiyanın müdafiəsi üçün 2022-ci il lend-liz qanunu”nu qəbul etdilər. Bundan sonra ABŞ Prezidenti daha bir qanuna – son 20 ildə misli görünməmiş bir məbləğdə, guya yardım, o cümlədən hərbi yardım üçün 40 milyard dolların ayrılmasına icazə verən sənədə imza atmışdır. Lakin vəziyyətin incəliyi bundan ibarətdir ki, həmin məbləğin 35%-i ABŞ, 45%-i isə digər ölkələrin hərbi qüvvələrinin maliyyələşməsinə, daha 5%-i digər məqsədlər üçün yönəldiləcək, bilavasitə ukraynalılara isə yalnız 15 faiz çatacaq. Ancaq buna baxmayaraq, onlara, bəlkə də onların gələcək nəsillərinə də bu məbləğin hamısını qaytarmaq lazım gələcək. Əlbəttə, həm də o qədər arzu olunan Ukrayna taxılı ilə.

Yekunda. Güman etmirik ki, E.Litsenbergerə Rusiya və Azərbaycan xalqlarını bir-birindən ayırmaq, uzaqlaşdırmaq yönündə cəhdlər etməyə dəyər. Amerikalılardan fərqli olaraq, Rusiya xalqı Azərbaycan xalqı ilə dərin mədəni-tarixi və insani tellərlə bağlıdır, onunla ənənəvi dəyərləri və nasizmin bütün təzahürlərinə qarşı dözümsüzlüyü bölüşür, eləcə də bu xalqın daxili işlərinə qarışmır.

Xüsusi hərbi əməliyyata gəlincə isə, Rusiya rəhbərliyi tərəfindən Ukraynanın demilitarizasiyası və denasifikasiyası ilə bağlı qarşıya qoyulmuş bütün vəzifələr yerinə yetiriləcəkdir".

.