Qubada yol nəqliyyat hadisəsi baş verib

DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dünən axşam saatlarında Quba rayonunda 33 yaşlı Xəyalə Mustafayevanı maşın vurub.

Qəzanı törədən Quba RPŞ-nin əməkdaşı tərəfindən yaralıya ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

.