Qobustan qəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən bildirilib. Qeyd olunub ki, ötən gün saat 19 radələrində Bakı- Qazax-Gürcüstan sərhəd avtomobil yolunun Qobustan qəsəbəsi ərazisindən keçən 56.8-ci kilometrliyində Fərid Eminalıyevin idarə etdiyi "Schmich" markalı, 10-ZE-994 markalı dövlət qeydiyyatlı nişanı olan yük avtomobili hərəkətdə olarkən eyni istiqamətdə olan, piyadaya yol verən Rüstəm Əsgərovun idarə etdiyi "Mercedes Benz Vito" markalı, 99-BK- 501 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub. Daha sonra "Mercedes Benz Vito" qarşıda olan "Mercedes Benz Atiko" markalı yük avtomobilinə çırpılıb.

Nəticədə hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

.