“Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər İslama qarşı soyqırımdır”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub və bunu bir daha dünyaya bəyan edir: “Çünki Ermənistan bizim 20 faiz torpağımızı 30 il ərzində işğal altında saxlayıb. Orada məhv edilən məscidlərimiz, qəbiristanlıqlarımız, minalanmış torpaqlarımız islamofobiyanın təzahürüdür. İkinci Dünya müharibəsində belə torpaqlara, mədəni və dini irsə bu qədər zərər verilməmişdi”.

“Hesab edirəm ki, iki gündür Bakıda keçirilən konfrans təkcə bizim üçün yox, bütün İslam dünyası üçün əhəmiyyətlidir”, - A.Paşazadə vurğulayıb.

.