Qırğızıstanın Cəlal-Abad və Talas vilayətlərinin bir neçə rayonunda güclü daşqın və sel səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Bu barədə Qırğızıstan fövqəladə hallar nazirinin müavini Urmatbek Şamırkanov brifinqdə bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi lokal xarakter daşıyır və yalnız daşqınlara məruz qalan ərazilərə aiddir. Təbii fəlakətin vurduğu maddi ziyanın hesablanması mülkü müdafiə qüvvələri tərəfindən həyata keçirilir.

 

Aprelin 20-dən 22-dək Qırğızıstanın cənubunda azı 30 daşqın hadisəsi qeydə alınıb. Bu gün Cəlal-Abad və Talas vilayətlərində güclü sel nəticəsində 200-dən çox yaşayış binasını su basıb. Bundan əvvəl isə Oş vilayətində fövqəladə vəziyyət rejimi elan olunmuşdu.

.