Qırğızıstan Müsəlmanları Ruhani İdarəsi Çuy vilayətinin Dmitriyevka kəndində mədrəsənin ələ keçirilməsi ilə bağlı məlumatı təkzib edib. 

Kənd sovetinin binasındakı silahlılarla “Zülqərneyn” qadın mədrəsəsini zəbt edən silahlılar arasında atışma olub.

Mədrəsənin tələbələri təhlükəsiz yerə təxliyə edilib, hazırda hüquq-mühafizə orqanları tərəfindən iş aparılır.

İlkin məlumata əsasən, zərərsizləşdirilən silahlı Suriyada döyüşlərdə iştirak edib. Onun meyiti hadisə yerindən götürülüb. Silahlının kimliyi barədə məlumat yoxdur. Həmin şəxsin qaldığı evin sahibi onu tanımadığını, evini isə 3 gün əvvəl kirayəyə verdiyini bildirib. Atışma nəticəsində həmin ev yanıb.

.