Qırğız Respublikasının Prezidenti Sadır Japarov Çinə səfəri öncəsi məsafədən işləməyə başlayıb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bu addım dünyada koronavirusla bağlı mövcud şəraitdə epidemioloji təhlükəsizlik səbəbindən atılıb.

Qeyd edək ki, S.Japarov fevralın 3-dən 5-dək Çində səfərdə olacaq. Burada onun Pekin Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcəyi, həmçinin ÇXR-in sədri Si Szinpinlə ikitərəfli görüş keçirəcəyi gözlənilir.

.