Qırğız Prezidenti Sadır Japarov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə S. Japarovun mətbuat xidmətindən bildirilib.

O, Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

S. Japarov qardaş türk xalqına firavanlıq və inkişaf arzulayıb.

Öz növbəsində Türkiyə Prezidenti səmimi arzulara görə təşəkkür edərək, Sadır Cəfərovu andiçmə mərasiminə dəvət edib.

Ölkələrin liderləri həmçinin Qırğızıstan-Türkiyə ikitərəfli əməkdaşlığının cari sahələrini və birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

.