Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin Xarici İşlər nazirləri Şurasının qeyri-formal görüşü keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, görüşə Rusiya XİN başçısı Sergey Lavrov da qatılacaq.

Sentyabrın 25-də keçiriləcək görüş videokonfrans formatında baş tutacaq.

Görüşdə pandemiya sonrası əməkdaşlıq perspektivləri müzakirə olunacaq. 

.