
İyunda Astanada beynəlxalq forumu keçiriləcək.
Bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kanat Tumiş Bakıda keçirilən Qoşulmama Hərəkatının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 8-9 iyunda Astanda baş tutacaq foruma Qazaxıstan Prezidenti sədrlik edəcək.
Forumda iqlim dəyişikliyi, ərzaq böhranı və enerji təhlükəsizliyi kimi qlobal problemlər müzakirə olunacaq.
Qazaxıstanlı rəsmi QH təmsilçiliyini də Foruma dəvət edib.