Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu ölkədə rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Entoni Blinkeni qəbul edib.

Bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

Dövlət başçısı Birləşmiş Ştatlar diplomatiyasının rəhbərini ölkəsində salamlamaqdan məmnun olduğunu söyləyib. 

Kasım-Jomart Tokayev qeyd edib ki, diplomatik münasibətlər qurulandan bəri Astana və Vaşinqton həm ikitərəfli, həm də çoxtərəfli formatda nümunəvi əməkdaşlıq qurub.

.