“Heydər Əliyev müasir Azərbaycanın banisi və xilaskarı olub. Hazırda Heydər Əliyevin dühası nəinki Azərbaycan xalqı üçün, eləcə də bütün türk dünyasında mənəvi oriyentirə çevrilib”.

Bunu Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda çıxışı zamanı deyib.

“Heydər Əliyev Qazaxıstanda bizim xalqımıza qarşı səmimi qardaşlıq münasibətlərinə görə tanınır. Bizim əlaqələrimizin əbədi və möhkəm olması üçün böyük səylər göstərib”, - Yerlan Koşanov əlavə edib.

.