Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Vladimir Zelenskini və digər ukraynalı siyasətçiləri Tbilisidə keçirilən etiraz aksiyalarını dəstəklədiklərinə görə qınayıb.

Bu barədə Baş nazir IMEDI telekanalının efirində bildirib.

“Siz Zelenskinin müraciətini qeyd etdiniz. Müharibə vəziyyətində olan ölkənin başçısı bir neçə min nəfərin keçirdiyi destruktiv aksiyaya vaxt tapıb reksiya verirsə bu onu göstərir ki, həmin şəxs burada da nələrinsə dəyişəcəyində maraqlıdır”, - deyə Qaribaşvili bildirib.

Qaribaşvili həmçinin Ukrayna hakimiyyətinə əvvəlcə özlərinin və ölkələrinin qayğısına qalmağı tövsiyə edib.

.