Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla görüşüb.

Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Gürcüstanın hökumət başçısının Ermənistana işgüzar səfəri çərçivəsində baş tutan təkbətək görüşdə iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri və regional əhəmiyyətli məsələlərə nəzər yetirilib.

Qeyd olunub ki, tərəflər regionda və dünyada təhlükəsizlik mühiti və çağırışlarına da toxunublar.

İrakli Qaribaşvili regionda sülhün və sabitliyin təmin edilməsi üçün qonşu ölkələr arasında vasitəçi rolunu oynamağa davam etməyə hazır olduğunu bildirib.

.