“Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, onu deyə bilərəm ki, Gürcüstan həqiqətən neytral, obyektiv və qərəzsiz vasitəçidir”.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda deyib.
“Üçtərəfli görüşlərin təşkil olunması bizim marağımızdadır. Çünki bu region bizə - Azərbaycana, Ermənistana və Gürcüstana məxsusdur. Biz həqiqətən bu regionu imkanlar regionuna, sülhün, stabilliyin və çiçəklənmənin olduğu regiona çevirmək istəyirik. “Soyuq müharibə” vaxtı belə bir deyim var idi: İnan, amma yoxla! Davosda isə mən başqa bir deyim eşitdim: İnanma, amma əməkdaşlıq et! Mən əməkdaşlığa inanıram”, - Gürcüstan Baş naziri qeyd edib.

.