“Azərbaycan və Gürcüstan arasında güclü, sınaqdan çıxmış münasibətlər var”.

Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda deyib.

Baş nazir Qaribaşvili bildirib ki, Gürcüstan və Azərbaycan etibarlı və yaxın tərəfdaşlardır.

“Biz Azərbaycanla genişmiqyaslı, əhəmiyyətli layihələr həyata keçirmişik və bu, davam edir”, - Qaribaşvili əlavə edib.

.