Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qəbələ rayonu, Hacallı kəndi ərazisində ağac kəsilməsi faktı qeydə alınıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov  bildirib ki, araşdırma zamanı ağacın vətəndaş İlqar Nuhova məxsus obyektin ətrafında kəsildiyi müəyyən edilib.

“Faktla bağlı akt tərtib olunub və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - B.Məmmədov əlavə edib.

.