Alimlər istiliyə həssas hidrogel şəklində hemostatik vasitə yaradıblar.

Bu barədə Terasaki Biotibbi İnnovasiya İnstitutu məlumat yayıb.

Bildirilib ki, hazırda mövcud analoji vasitələr (məsələn, sarğılar) qanaxmanın dayandırılmasından sonra çıxarılması zamanı yaraya yapışaraq narahatlıq yaradır.

Bununla əlaqədar, amerikalı həkimlər yeni, istifadəsi asan bir vasitə hazırlamaq qərarına gəliblər.

O, istiliyə həssas olan gel şəklindədir.

Onu yara sahəsinə daxil etdikdə insan bədəninin istiliyi ilə bərkiyir. Eyni zamanda, soyuğun təsiri altında gel yenidən maye halına gəlir və asanlıqla yuyulur. Gel toksik deyil və orqanizmə əhəmiyyətli təsir göstərmir.

.