Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Putin və Rəisi Suriyadakı vəziyyəti və Astana prosesi çərçivəsində koordinasiyanı müzakirə ediblər.

Bundan əlavə enerji və nəqliyyat sahəsində əməkdaşlıq da müzakirə olunub.

Qeyd edək ki, Putin son 10 gündə ikinci dəfədir ki, iranlı həmkarı ilə telefon danışığı aparıb. Sonuncu dəfə yanvarın 11-də Rusiya və İran prezidentləri arasında telefon danışığı olub.

.