Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında Soçidəki görüş altı saatlıq danışıqdan sonra başa çatıb.

“RİA Novosti”  xəbər verir ki, Rusiya prezidenti danışıqlar zamanı iki ölkə arasındakı əməkdaşlığın həm regional səviyyədə, həm də müxtəlif səviyyələrdə tələb olunduğunu qeyd edib. Putin Rusiyanın Belarus üçün ən böyük ticarət tərəfdaşı olaraq qaldığını deyib.

Lukaşenko isə öz növbəsində bildirib ki, iki ölkə arasındakı bütün yol xəritələrinin təxminən hamısı qarşılıqlı imzalanmaya hazırdır. Belarus lideri Moskvanın Minskə verdiyi maddi yardımın vacibliyinə də diqqət çəkib.

Bundan əlavə, prezidentlər koronavirus peyvəndlərini ilə bağlı da müzakirələr aparıblar.

.