Rusiyaya qarşı yenidən müharibə başlayıb, lakin ölkə öz təhlükəsizliyini təmin edəcək.

Bunu Rusiya prezidenti Vladimir Putin 9 May Paradında çıxışında bildirib.

O qeyd edib ki, Rusiya üçün nə Qərbdə, nə də Şərqdə dost olmayan xalqlar yoxdur.

Putin əlavə edib ki, Rusiyanın rəqiblərinin məqsədi onun parçalanmasıdır.

İstənilən üstünlük ideologiyası cinayətdir, deyən Putin Qərb elitalarını xalqlara öz iradələrini sırımağa çalışdıqlarına görə tənqid edib:

"Qərb elitaları nasistlərin dünyaya hökmranlıq iddialarının nəyə gətirib çıxardığını unudublar".

Putin bir sıra ölkələrdə sovet əsgərlərinin xatirə abidələrinin sökülməsini cinayət adlandırıb.

Putin bildirib ki, indi xüsusi hərbi əməliyyatın iştirakçılarının hərbi işindən daha vacib bir şey yoxdur: "Rusiya Federasiyası xüsusi əməliyyatın bütün iştirakçıları ilə fəxr edir. Rusiya dövlətçiliyinin gələcəyi xüsusi hərbi əməliyyatın iştirakçılarından asılıdır. Bütün ölkə qəhrəmanlara dəstək olmaq üçün bir birləşib.

Putin Kiyev rejimini cinayətkar adlandırıb. Onun sözlərinə görə, Ukrayna xalqı dövlət çevrilişinin və Qərbin planlarının girovuna çevrilib, Ukraynada hazırki fəlakətin səbəbi də məhz budur.

Rusiya prezidenti Böyük Vətən Müharibəsində qələbəyə SSRİ-nin bütün xalqlarının töhfə verdiyini də vurğulayıb.

.