
Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.
Bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı məktubda deyilir.
“Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik”, - Putinin məktubunda qeyd olunub.
.