Rusiya prezidenti Vladimir Putin bildirib ki, daimi olaraq koronavirusla bağlı testlər verir. Testlərin hamısının nəticələri mənfi olub.

Bu barədə dövlət başçısı “Rossiya-1” telekanalının "Moskva. Kreml. Putin" verilişində deyib.

"Müntəzəm, hər üç-dörd gündə bir dəfə", - deyə prezident testləri tez-tez verməsi barədə suala cavabında bildirib.

Analizlərin nəticələrinin mənfi olub-olmaması bardə suala dövlət başçısı belə cavab verib: "Allaha şükür, hələ ki, bəli".

.