Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda rus dilinin dəstəklənməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

İki lider arasında Soçidə keçirilən görüşdə V. Putin humanitar təmasların davam etdiyini bildirib: “Hər şeydən öncə, mən hər zaman Sizinlə görüşlərimizdə bunu deyirəm, rus dilinin inkişafına və dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Bu, yaxşı göstəricidir”.

.