Rusiya Prezidenti Vladimir Putin kütləvi qırğın silahlarının yayılmasını, beynəlxalq cinayətkarlığı, kibercinayətkarlığı və terroru dünya üçün əsas təhlükələr adlandırıb.

Bu barədə V. Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçılarına video-müraciətində bildirib.

“Regional silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılma riski, transsərhəd kriminal qrupların aktivləşməsi, narkoticarət və kibercinayətkarlıq ciddi narahatlıq doğurur”, - deyə o vurğulayıb.

Rusiya lideri beynəlxalq terrorizmin hələ də əsas təhlükə olaraq qaldığını da əlavə edib.

Video-müraciət Kremlin saytında yayımlanıb.

.