Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı münaqişənin gələcək həlli prosesində iştirak edəcəyinə ümid edir.

TASS verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə yeni səfirlərə etimadnamələrini təqdim edərkən deyib.

O qeyd edib ki, Qarabağda vəziyyətin stabilləşməsinə kömək edəcək, münaqişənin təsirinə məruz qalan ərazilərin sakinlərinə yardım göstərəcək, infrastrukturu bərpa edəcək və normal, dinc həyat üçün şərait yaradacaq Rusiya humanitar mərkəzi fəaliyyətə başlayır: “Bu səylərin göstərilməsində ixtisaslaşmış beynəlxalq təşkilatların iştirakına ümid edirik. Bütün bunlar köhnəlmiş münaqişənin ədalətli əsasda davamlı və hərtərəfli nizamlanmasına zəmin yaradır və bu, Azərbaycan və erməni xalqlarının marağındadır”.

.