Növbədənkənar prezident seçkilərində səsvermə ilə əlaqədar dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması prosesi davam edir.

Yenizaman-ın Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, daxil olan protokollardan sonra artıq seçkilərdə seçici fəallığı və prezidentliyə namizədlərin topladığı səslərdə dəyişiklik qeydə alınıb.

Qeyd edək ki, fevralın 8-də məntəqələrin 93,35 faizindən daxil olan nəticələrə əsasən, seçici fəallığı 76,73 faiz olub. İlkin nəticələrə əsasən, namizədlərin topladığı səslər aşağıdakı kimi olub:

- İlham Əliyev – 92,05 faiz;

- Zahid Oruc - 2,19 faiz;

- Fazil Mustafa - 2 faiz;

- Qüdrət Həsənquliyev - 1,76 faiz;

- Razi Nurullayev - 0,8 faiz;

- Elşad Musayev - 0,67 faiz;

- Fuad Əliyev - 0,53 faiz.

Hazırda dairələrdən daxil olan daxil olan protokolun 1-ci nüsxəsi və ona əlavə edilmiş sənədlərə əsasən, seçici fəallığı 76,43 faizdir. Namizədlərin topladığı səslər isə aşağıdakı kimidir:

- İlham Əliyev – 92,12 faiz (4 577 693 səs) ;

- Zahid Oruc - 2,17 faiz (107 877 səs);

- Fazil Mustafa – 1,98 faiz (98 623 səs);

- Qüdrət Həsənquliyev - 1,72 faiz (85 607 səs);

- Razi Nurullayev - 0,80 faiz (39 797 səs);

- Elşad Musayev - 0,66 faiz (32 956 səs);

- Fuad Əliyev - 0,53 faiz (26 561 səs).

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyaları tərəfindən seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu proses fevralın 9-dan gec olmayaraq başa çatdırılmalıdır.

.