Prezident İlham Əliyevin Balakənə səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

Dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib.

Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Prezident mərkəzdə yaradılan şəraitlə tanış olub.

Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb.

İlham Əliyev Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışını edib

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.

Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.
 

.