Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əlavə 38 faiz artıb.

Dövlət başçısının sözlərinə görə, ötən il Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib.

"Biz ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük", - Azərbaycan Prezidenti vurğulayıb.

.