Azərbaycan özünü alternativ enerji sektorunda keçidin bir hissəsi kimi hiss edir və bu prosesdə öndə gedənlərin arasında olmaq istəyir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı builki tədbirdə alternativ enerji sahəsində fəaliyyət göstərən daha çox şirkətin iştirak etməsindən məmnunluğunu ifadə edib: “Enerji təhlükəsizliyi sadəcə dəhlizlərin şaxələndirilməsi deyil, bu mənbələrin şaxələndirilməsidir. Mən düşünürəm ki, hər kəs bunu aydın şəkildə görür ki, bizim durumumuzda bu hər ikisidir – dəhlizlərin şaxələndirilməsi, mənbələrin şaxələndirilməsi. Həmçinin şirkətlər, ölkələr, beynəlxalq maliyyə institutları arasında çox sadiq komanda işi olmalıdır. Biz həqiqətən də komanda kimi işlədik. Çünki bizim 1 hədəfimiz var – enerji təhlükəsizliyini necə gücləndirə bilərik, bir-birimizə çətinliklərin öhdəsindən gəlməyə necə yardım edə bilərik?”

.