Azərbaycanda işsizliyin səviyyəsi cəmi 5 faiz təşkil edir. Demoqrafik artım, - son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona qalxıb, - yeni iş yerlərinin yaradılması üzrə fəal səylər tələb edir.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.

“Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, - biz bunu uğurla edirik, - həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik”, - deyə dövlət başçısı əlavə edib.

.