UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Azarkeşlərin səsverməsinə əsasən bu ada İngiltərənin "Mançester Siti" klubundan Bernardu Silva layiq görülüb.

Portuqaliyalı yarımmüdafiəçi evdə İspaniyanın "Real Madrid" komandasına 4:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

Qeyd edək ki, "şəhərlilər" iyunun 10-da Çempionlar Liqasının finalında İtaliya "İnter"i ilə üz-üzə gələcək.

.