Polşa hökuməti Ukraynaya hərbi yardım çərçivəsində 10 ədəd Almaniya istehsalı olan “Leopard” tankı göndərəcək.

Bunu Polşanın müdafiə naziri Mariuş Blaşak deyib.

Nazir qeyd edib ki, Polşa tərəfi tankların təmiri üçün Ukraynada texniki xidmət mərkəzi qurmağa hazırdır.

Blaşak ümidvar olduğunu bildirib ki, Polşanın Ukraynaya tədarük etdiyi köhnə model “Leopard” tanklarının ehtiyat hissələrinin verilməsi üçün, alman həmkarı Boris Pistorius öz ölkəsinin razılığını ala biləcək.

Polşalı nazir əlavə edib ki, ehtiyat hissələrinin yoxluğu Varşava və Berlin hökumətləri arasında mübahisələr yaradıb.

Xatırladaq ki, Polşa Ukraynaya hərbi yardım çərçivəsində 24 fevralda dörd ədəd “Leopard” tankının daxil olduğu ilk partiyanı tədarük edib.

.