Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə, eləcə də rayon ərazisində yerləşən çimərliklərdə operativ qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarət edirlər.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib.

Reyd zamanı bir neçə sakinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

.