Ötən ilin yayında 12 illik sevgilisi və 2 övladının anası məşhur müğənni Şakira ilə ayrılan məşhur futbolçu Jerar Pike 23 yaşlı sevgilisi Klara Çia Marti ilə evlənir.

Yenizaman “Ensonhaber”ə istinadən xəbər verir ki, "Barselona"nın ulduz futbolçusunun sevgilisi göstərişli toy mərasimi istəmir.

O daha çox səmimi və kiçik bir mərasim arzusundadır. 

Yayılan xəbərlər dünya gündəmini zəbt etsə də, cütlük bu iddialar qarşısında bu günə qədər heç bir açıqlama verməyib.

Qeyd edək ki, 36 yaşlı Pike və 46 yaşlı Şakira 11 illik vətəndaş nikahından sonra ayrılıblar. Onların iki oğlu var. Cütlük 2022-ci ilin yayında ayrılıb. Buna səbəb futbolçunun müğənniyə 23 yaşlı Klara Çia ilə xəyanət etməsi olub.

 

 




.