"Rusiyanın Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, belə şayiələri yalançılar yayırlar.

"Rəsmi Moskva Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun ittihamlarını rədd edir. Rusiyanın Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz. Moskva Ankara ilə münasibətləri yüksək qiymətləndirir, çünki Türkiyə çox məsuliyyətli, suveren və düşünülmüş mövqe tutur", - o deyib.

.