“KİV vasitəsilə qarşılıqlı əlaqə Rusiya və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ümumi kompleksinin mühüm hissəsidir”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

“Media vasitəsilə dialoq son dərəcə vacib və faydalıdır. Media vasitəsilə qarşılıqlı əlaqə ikitərəfli münasibətlərimizin ümumi kompleksinin mühüm tərkib hissəsidir. Ümid edirik ki, bu davam edəcək və genişlənəcək”, - D.Peskov “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual problemləri” mövzusunda keçirilən dəyirmi masanı şərh edərkən vurğulayıb.

.