ABŞ, Kanada, Litva, Polşa və Böyük Britaniyanın müdafiə nazirliklərinin nümayəndələri Ukraynadakı vəziyyətin müzakirə edildiyi virtual görüş keçiriblər.

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Görüşü Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles təşkil edib. İştirakçılar Ukraynanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyiblər.

Həmçinin regionda Rusiyanın hərbi fəallığının artmasından narahatlıq dilə gətirilib.

.