Ötən gün dünyasını dəyişən braziliyalı əfsanəvi futbolçu Pelenin dəfn olunacağı tarix bəlli olub.

Dəfn mərasimi 2023-cü il yanvarın 3-də gerçəkləşəcək.

Yanvarın 2-də onun cənazəsi vəfat etdiyi xəstəxanadan "Santos" klubunun stadionuna aparılacaq. Vida tədbiri yerli vaxtla saat 10:00-da başlayacaq və bir gün davam edəcək. Mərasim ictimaiyyət üçün açıq olacaq. Lakin iştirak etmək istəyənlərin tabuta yaxınlaşması qadağan ediləcək.

Dəfn mərasiminə isə yalnız Pelenin ailəsi və yaxın dostları qatılacaq. Bundan əlavə, ölkədə üç günlük matəm elan olunub.

Xatırladaq ki, Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən, XX əsrin ən yaxşı futbolçusu elan edilib.

.