Qərbdə real hakimiyyət transmilli korporasiyalara məxsusdur, onların məqsədi qlobal istismar sistemini qoruyub saxlamaqdır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Arqumentı i Faktı nəşrinə müsahibəsində bildirib.

"Qərb siyasətçilərinin öz dövlətlərində həyatı yaxşılığa doğru dəyişmək gücü və bacarığı yoxdur, çünki onlar uzun müddət müstəqil fiqur olmayıblar. Hər kəsin böyük biznes, lobbiçilər, fondlarla əlaqələri var", - deyə Patruşev vurğulayıb.

Onun sözlərinə görə, Qərb siyasətçiləri bu faktları hətta gizlətmirlər: "Bu yaxınlarda məlum olub ki, Avropa Parlamentinin onlarla deputatı Corc Sorosun strukturları tərəfindən idarə olunur və Avropa Komissiyası dünyanın ən böyük Amerika əczaçılıq şirkətlərindən birinin sifarişi ilə on milyardlarla avro dəyərində vaksinlərin alınması üçün bir sıra korrupsiya sxemləri yaradıb.

Aydındır ki, Qərbdə real hakimiyyət resurslara sahib klanların və transmilli korporasiyaların əlindədir. Belə korporasiyalar və klanlar çoxdur, dünyanın 500 ən böyük şirkətinin ümumi gəliri, qeyri-rəsmi məlumatlara görə, 2021-ci ildə az qala 38 trilyon dollara çatıb. Baş ofisi ABŞ-da yerləşən korporasiyalar 1,8 trilyon dollar xalis mənfəətlə təxminən 16 trilyon dollar gəlir əldə ediblər. Belə olan halda bir sıra transmilli şirkətlərin kapitalı dünya iqtisadiyyatlarının əksəriyyətinin ÜDM-ni üstələyir və onların daha da zənginləşdirilməsi üçün yaratdığı fondlar bəşəriyyətin idarə olunmasında fövqəlmilli mexanizm roluna iddia edir. Belə korporasiyalar birbaşa xarici investisiyalar vasitəsi yeni texnologiyalar tətbiq edir və əmək məhsuldarlığını artırır, eyni zamanda yerli istehsalçıları sıxışdırıb inhisarçıya çevrilir, əhali isə əməyinin nəticələrindən istifadə edə bilmir. Mənfəətin əsas hissəsi xaricə ötürülür, ölkələr öz milli rifahını yüksəltmək imkanından məhrum olurlar".

Patruşev hesab edir ki, korporasiyaların öz maraqları və bilavasitə iştirakı ilə formalaşan transmilli şirkətlərin iqtisadi fəaliyyətinin beynəlxalq hüquqi tənzimlənməsini dəyişdirmək lazımdır.

"Dünyada baş verən kardinal dəyişikliklər şəraitində korporasiyaların məqsədi qlobal istismar sistemini qorumaqdır. Onun başında özlərini heç bir dövlətlə əlaqələndirməyən iş adamları elitası dayanır. Ondan aşağıda isə inkişaf etmiş ölkələr, eləcə də "qızıl milyard" durur. Sonrakı pillədə isə "üçüncü dünya" adlandırılan bəşəriyyətin qalan hissəsi..." - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi yekunlaşdırıb.

Patruşev: ABŞ Ukraynaya diqqətini cəmləmək üçün qəfildən Əfqanıstanı tərk edib

ABŞ Ukraynaya diqqətini cəmləmək üçün qəfildən Əfqanıstanı tərk edib.

Bunu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşev “Arqumentı i Faktı” nəşrinə müsahibəsində bildirib.

Nikolay Patruşevin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinkenin “ABŞ hərbçiləri Əfqanıstanı tərk etməsəydilər, Vaşinqton Ukraynaya bu qədər pul ayıra bilməyəcəkdi” kimi bəyanat verməsi bunu təsdiqləyir.

Nikolay Patruşev həmçinin qeyd edib ki, ABŞ-ın Əfqanıstanda mövcudluğu terrorizmlə mübarizəyə deyil, çoxmilyonluq korrupsiya sxemlərinin yaradılmasına və narkotik istehsalının dəfələrlə artmasına çevrilib.

“Əfqanıstandan çıxarılan hərbi texnikanın bir hissəsi Avropaya, əsasən Polşaya göndərilib və avropalılara Kiyev rejiminin silahlandırılmasını həyata keçirməyə imkan verib”, - Patruşev vurğulayıb.

.