Regionda kommunikasiyaların açılması üçün Ermənistanda dəmiryol infrastrukturunun bərpası 3 ilə qədər vaxt aparacaq.

Bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı sualı cavablandırarkən bildirib.

Qriqoryan bildirib ki, çox şey danışıqlar prosesindən, konsensusa nail olmaq üçün tələb olunan zamandan asılıdır: “Söhbət Ermənistanın yurisdiksiyasında olan suveren infrastrukturdan gedir. Razılıqlar əldə olunandan sonra baş tutacaq bütün digər müzakirələr texniki xarakter daşıyacaq”.

“Regiondakı dəmiryol infrastrukturuna nəzər salsanız, aydın olacaq ki, ayrı-ayrı hissələri bərpa etməklə biz regional səviyyədə ciddi logistika məsələsini həll etmiş oluruq”, - Qriqoryan əlavə edib.

.