Rusiya hərbçilərinin Ermənistandakı mövcudluğu əbədi deyil.

Bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Qurgen Arsenyan deyib. O, bildirib ki, Rusiya qoşunları ölkədə mövcud olmasa Ermənistan Türkiyəyə hər hansı təhdid yaratmayacaq və beləcə Türkiyənin sadəcə qonşusu olacaq.

Arsenyan qeyd edib ki, Rusiya hərbçilərinə ehtiyac Ermənistanın dövlət quruculuğunun ilk illərindəki baxışların nəticəsidir, lakin onların ölkədə mövcudluğu əbədi deyil.

Erməni siyasətçi vurğulayıb ki, indi ölkə rəsmiləri qonşularla əlaqələri tənzimləməyərək ölkənin inkişafına fürsətlər yaratmaqdadır.

Əlavə edib ki, bu məqsədlərə nail olunduğu təqdirdə Rusiyanın ölkədə hərbi mövcudluğu qeyri-vacib olacaq.

Arsenyanın sözlərinə görə, 1990-cı illərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna ölkənin xilası kimi baxılırdı. Lakin Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib. Ona görə də, əgər Rusiya qoşunları ölkəni tərk etsələr, Türkiyə Ermənistan üçün adi qonşu olacaq.

.