
Ermənistanın Baş naziri Nikol Paşinyanın mayın 14-ü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilməsi planlaşdırılan görüşdə iştirakı təsdiq olunub.
Bu barədə məlumatı Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan açıqlayıb.
Onun sözlərinə görə, həmçinin mayın 19-u XİN rəhbərləri səviyyəsində görüş də planlaşdırılır. Görüşün Moskvada keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, bir neçə gün əvvəl “Financial Times” qəzeti mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirləcəyi barədə məlumat yayıb.
.